Barak Obamanın Kubaya səfərinin tarixi məlum olub
18.02.2016 644 0.0 0

ABŞ prezidenti Barak Obama martda Kubaya səfər edəcəyini təsdiqləyib. “Gazeta.ru”ya istinadən verilən xəbərə görə, bu barədə o “Tvitter” səhifəsində bildirib.  
 
“İnkişafımızı və səylərimizi daha da sürətləndirmək məqsədilə mən gələn ay Kubaya səfər edəcəm. Bu, Kuba xalqının həyat səviyyəsinin daha da yaxşılaşmasına kömək edəcək”, deyə Obama qeyd edib.      
 
Məlumatda qeyd edilir ki, Barak Obama xanımı Mişel Obama ilə Kubaya 21-22 mart tarixlərində  səfər etməyi planlaşdırır.
 
Qeyd edək ki, Obama 1928-ci ildən bəri Kubaya səfər edəcək ilk ABŞ prezidenti olacaq. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar