Balıq tutmağa gedən kişilər göl kənarında 10 ədəd kəllə sümüyü tapdı - FOTO
23.12.2021 404 0.0 0


Balıq tutmağa yollanan Rusiyanın Kalininqrad şəhərinin sakinləri gölün ətrafında sahibsiz qalan iki idman çantası aşkar ediblər.

Çantanın içindən çıxan insana məxsus kəllə sümükləri isə onları bərk təşvişə salıb.

Dərhal bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Çantaya baxış zamanı oradan insana məxsus 10 ədəd kəllə sümüyü aşkar edilib.

İlkin məlumata görə, bu, qəbirləri qazaraq müxtəlif qənimətlər əldə etmək istəyən şəxslərin işidir.

Onlar işlərini bitirəndən sonra insanların kəllə sümüklərindən bu formada xilas olmağa cəhd edirlər./oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar