Bakının ən böyük prospektindən birində hərəkət məhdudlaşdırılacaq (VİDEO )
02.06.2015 642 0.0 0

Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Ziya Bünyadov prospektində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək. Bununla bağlı olaraq Ziya Bünyadov prospektinin bəzi hissələrində tam, bəzi yerlərində isə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri bu gecə yalnız “Böyükşor yol qovşağı”ndan “20 Yanvar” dairəsinə doğru istiqamətdə aparılacaq.

Qazeta.info “Azəryolservis” ASC-yə istinadla bildirir ki, körpü və tunellərdə rənglənmə işləri aparılarkən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülər bu zaman prospektin yan yollarından rahat və maneəsiz şəkildə istifadə edə biləcəklər. Digər hissələrdə işlər aparılarkən isə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Yəni nəqliyyat vasitələri işlərin aparıldığı zolağa daxil olmadan həmin istiqamətdə hərəkətlərinə davam edə biləcəklər.

         Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaranacaq müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən görülən işlərər anlayşla yanaşmalarını xahiş edir.

         Qeyd edək ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC  I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın  işarələnməsi işlərinə aprelin 27-dən start verilmişdi. Bu gecədən etibarən isə “Oyunlar zolağı”nın yenidən rənglənmçəsi işlərinə start verilir. Eni 3,75 metr olan  “Oyunlar zolağı”nın kənarlarında 25 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin edilən yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin  şəkli çəkilib.  Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət edilir və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar