Bakıdakı kriminal `razborka`nın dəhşətli sonluğu - +18 VİDEO
27.04.2017 1152 0.0 0

Bu il martın 31-də Abşeron rayonunda kriminal aləmin adamları arasında  baş vermiş silahlı insidentin görüntüləri yayılıb.

Qazeta.info Missiya.az-a istinadla bildirir ki, görüntülərdə silahlı insident nəticəsində ağır yaralanan şəxslərdən biri əks olunub.

Şahidlərin sözlərinə görə, iki silahlı şəxs atəş açdıqdan sonra ərazidən uzaqlaşıblar.

Xatırladaq ki, hadisə Xırdalan çəhəri 28-ci məhəllədə qeydə alınıb. Malik adlı şəxs "Makarov" tipli tapançadan açdığı atəşlə Valehi baş nahiyyəsindən güllə ilə vuraraq qətlə yetirib, onun tanışı 32 yaşlı Xəyal Oktay oğlu Paşayevi isə güllələyib. 3 güllə yarası alan Xəyal Paşayev xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Araşdırmalar zamanı məlum olub ki, hadisə borc üstə baş verib. Valehin tanışı ona müraciət edərək bildirib ki, Malik adlı şəxs ona olan borcunu qaytarmır. Valeh pulu alacağına söz verərək Maliki görüşə çağırıb. Valeh görüşə tanışı Xəyal Paşayevlə gəlib. Hər iki tərəf pul mübahisəsinə silahla gəlib.

Mübahisə zamanıda Malik üzərində olan silahla Valehin baş nahiyyəsindən güllə ilə vuraraq qətlə yetirib. Daha sonra hadisə yerindən qaçmaq istəyən Xəyal Paşayevə atəş açıb. Atılan altı güllədən üçü Xəyala dəyib. Malik daha sonra hadisə yerini tərk edib. Dünyasının dəyişən Valehin əlində "Makarov" tipli tapança olub.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar