Bakıda xanım sürücü avtobus dayanacağına çırpılaraq ağır qəza törətdi
18.08.2015 703 0.0 0

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

 Məlumata görə, avqustun 18-də saat 01 radələrində paytaxtın Nizami rayonunda Bakı şəhər sakini Lətafət Əliyeva idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında quraşdırılmış dayanacağa vurub.

 

Nəticədə onun qızı Dəniz və dayanacaqda olan paytaxt sakini Ruslan Dəmirov xəstəxanaya yerləşdirilib, R.Dəmirov orada dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar