Bakıda toyda kütləvi zəhərlənmə: 77 nəfər xəstəxanalıq oldu
10.08.2015 518 0.0 0

Bakıda şadlıq evində kütləvi zəhərlənmə baş verib. Hadisə "Zəngəzur” şadlıq sarayında qeydə alınıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 8 avqust tarixində Binəqədi rayonunda yerləşən “Zəngəzur” şadlıq sarayında keçirilən toy mərasimində 77 nəfər qidadan zəhərlənib. Onlardan 15-i uşaqdır.

Müraciət edənlərlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər. 

Onlara müvafiq tibbi yardım göstərilib. 

Hazırda 41 nəfərin müalicəsi davam edir, onların vəziyyəti kafidir. Xəstələrin hamısına bütün zəruri tibbi yardım göstərilir, profilaktik tədbirlər görülür. 

Xəstələrdən laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi “paytaxt salatı” ehtimal olunur. 

Hadisənin araşdırılması davam edir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar