Bakıda top mərmisi aşkarlanıb
29.01.2016 665 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olmuşdur.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunaraq döyüş sursatına baxış keçirmiş və sursatın top mərmisi olduğu müəyyən edilmişdir. Mərmini xüsusi ayrılmış ərazidə zərərsizləşdirmişlər. Əməliyyat saat 15:55-də başa çatmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar