Bakıda tikintidə qəza baş verib, xəsarət alanlar var
11.10.2016 640 0.0 0

Bakıda tikintidə qəza baş verib.

 

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə bu gün R. Behbudov küçəsində tikilməkdə olan binada qeydə alınıb.

 

Qaldırıcı kranda yaranmış nasazlıq səbəbindən daşla dolu yük aşıb. Nəticədə daşlar küçədə hərəkət edən şəxslərin üzərinə tökülüb.

 

Polisdən bildirilib ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

 

Məlumata görə, hadisə nəticəsində 1 nəfər şok keçirib, 3 nəfər isə müxtəlif xəsarətlərlə özəl klinikalardan birinə yerləşdirilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar