Bakıda təcili yardım maşını qəzaya düşdü- avtomobildəki xəstə öldü
02.12.2016 811 0.0 0

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, dekabrın 1-də Hövsan qəsəbəsində “Mercedes” markalı təcili yardım maşını ilə 1964-cü il təvəllüdlü Adil Hüseynovun idarə etdiyi “Azsamand” markalı avtomobil toqquşub. Nəticədə təcili yardım maşınında olan, insult keçirmiş xəstə, 1955-ci il təvəllüdlü Əliyev Faiq vəfat edib.

 

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, xəstənin vəziyyəti çox ağır olub. O qeyd edib ki, təcili yardım maşını böyük sürətlə hərəkətdə olub, “Azsamand” markalı avtomobillə üz-üzə gəlib, avtomobil təcili yardım maşınına çırpılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar