Bakıda şirkət binasının qarovulçusu faciəli şəkildə ölüb
03.12.2019 524 0.0 0

Bakıda şirkət binasının qarovulçusu lift şaxtasına düşərək ölüb.

Məlumata görə, hadisə dekabrın 2-də paytaxtın Binəqədi rayon ərazisində baş verib.

Belə ki, Canpolad Qurbanov qarovulçu qismində işlədiyi “Abşeron Construction” inşaat şirkətinə məxsus Naxçıvani küçəsi 103 ünvanında yerləşən “Nakhchivani Residence” binasında lift şaxtasına düşməsi nəticəsində vəfat edib.

Faktla bağla Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam etdirilir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar