Bakıda sabiq polis yaralanıb
22.11.2016 691 0.0 0

Bakıda təqaüddə olan polis ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

Qazeta.info "Report"un xəbərinə əsasən bildirir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində Allahyarov Şəmşəddin Nurəddin oğluna məxsus evdə qeydə alınıb.

Belə ki, ev sahibi 52 yaşlı Ş.Allahyarov ov tüfəngini təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə o, sol biləyindən xəsarət yetirib.

Yaralı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Travmatologiya Şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, Ş.Allahyarovun sol qolu əməliyyat olunub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, Ş.Allahyarov Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində polis mayoru kimi fəaliyyət göstərib. 6 ay bundan öncə o təqaüdə çıxıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar