Tarix: 03.12.2016,   Saat: 08:38, Şənbə.          

Bakıda qızına toy edən ata özünü qatarın altına niyə atdı? - ŞOK TƏFƏRRÜAT

Bu gün səhər saatlarında Bakı metrosunun "Koroğlu" stansiyasında özünü qatarın altına atan şəxs xəstəxanada müayinə olunub. Lent.az-ın əldə etdiyi məlumata görə, özünü qatarın altına atsa da xoşbəxtlik nəticəsində sağ qalan 65 yaşlı Nəsir Əhmədov Travmotologiya İnstitutuna yerləşdirilib və onun həyatı üçün təhlükənin olmadığı məlum olub.

 

N.Əhmədovun həyat yoldaşı Yaqut Əhmədova açıqlamasında deyib ki, son vaxtlar ailədə ciddi maddi problemlər olub. Əvvəllər gülçülüklə məşğul olan Nəsir Əhmədov xeyli vaxtdır ki, işsizdir: "Hər gün səhər yuxudan duranda bizi də oyadardı. Bu gün dərdli-sərli çıxıb evdən, xəbərimiz olmayıb. Sonradan bildik ki, özünə nə isə edib".

 

Y.Əhmədova əlavə edib ki, bir müddət əvvəl qızlarını gəlin köçürüblər. Həmin vaxtdan onların borcu yaranıb: "Borcumuz əsas mebelə görədir. Neçə vaxtdır zəng edirlər. Heç olmasa 500 manat olsaydı, borcun üstündən verərdik. Bu gün də mənə zəng vurublar ki, gedib qızın evindən yığacaqlar mebelləri. Nəsir də bu dərdə dözə bilmir".

 

Hadisə şahidlər bildiriblər ki, 65 yaşlı kişi özünü qatarın altına atarkən ortadakı boşluğa deyil, relslərin üstünə düşsəydi, onun həyatını xilas etmək mümkün olmayacaqdı. Məhz relslərin arasındakı boşluq zolağa düşdüyündən həmin şəxs xilas ola bilib.

*****

Bakı metrosunda intihara cəhd olub.
 
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev
APA-ya bildirib ki, bu gün saat 09:20 radələrində bir kişi özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb.
 
Araşdırmalar zamanı özünü qatarın altına atan şəxsin Nardaran sakini, 1951-ci il təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğlu olması müəyyən edilib.  
 
Maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub. Qatar dərhal dayandırılıb, gərginlik kəsilib və sərnişin qatarın altından çıxarılıb. N. Əhmədov relslərin arasına düşdüyündən sağ qalıb. O, sağ topuğundan xəsarət alıb.
 
Hadisənin baş vermə səbəbləri araşdırılır.
 
N. Paşayev qeyd edib ki, hadisə səbəbindən qatarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır



  Bölmə: Manşet | Baxış sayı: 1588 | Tarix: 30.11.2016, 10:42


Xəbərlər