Bakıda qanlı hesablaşma – Küçədə kişini belə bıçaqladılar – VİDEO
20.06.2019 891 0.0 0

Bakıda baş verən qanlı hadisənin görüntüləri BAKU.WS-in "qaynar xətti"nə göndərilib.  

Qazeta.info BAKU.WS -ə istinadla bildirilib ki, 11 iyun 2019-cu il tarixdə Ayxan Yaradanquliyev özünə məxsus maşınla yol nəqliyyat hərəkəti zamanı, “Mercedes C klass” markalı, 50-CO-234 dövlət qeydiyyat nişanlı Masallı rayon sakinləri olan iki qardaş Xəqani və Aqil Ağayev qardaşları ilə mübahisəsi yaranıb.

Mübahisə zamanı həmin şəxslər Ayxanın avtomaşınının qabağını kəsərək maşından düşməsini tələb edərək, məsələni aydınlaşdırmağa israr ediblər.

Ayxan Yaradanquliyev avtomobili saxladıqdan sonra, nalayiq davranışları və jarqonlu ləhcə ilə kriminal ailəmin üzvlərini xatırladan, üzərində bıçaq gəzdirən Ağayev Xəqani Qardaşəli oğlu və qardaşı Ağayev Aqil Qardaşəli oğlu Ayxana və onun yanında olan dostu Rəhim Əliyevə hücum edərək çoxsaylı yumruq zərbələri endirmişlər, bununla kifayətlənməyən Xəqani köməksiz və silahsız vəziyyətdə olan Ayxan Yaradanquliyevi öldürmək niyyəti ilə belində gəzdirdiyi bıçaqla qarın və ürək nahiyəsinə beş bıçaq zərbəsi endirmişdir. 

Ayxan Yaradanquliyevin yerə yıxıldığını və artıq öldüyünü zənn edən iki qardaş öz avtomibilinə minərək hadisə yerindən qaçmaq istəmişlər. 

Bu zaman Ayxan dostunun köməyi ilə çətinliklə yerdən qalxıb yaralı vəziyyətdə xəstəxanaya aparılmaq istəyərkən Xəqani Ağayev onun ölmədiyini görərək idarə etdiyi avtomobili yüksək surətlə onun üstünə sürmüş, lakin sırf təsadüf nəticəsində Ayxanı maşınla vura bilməyərək, hadisə yerindən qaçmışdır. 

Baş verən hadisə təhlükəsiz şəhər müşahidə kameralarına düşüb.

Həmin görüntüləri sizə təqdim edirik.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar