Bakıda qətl törədən şəxs tutulub
10.05.2016 606 0.0 0

Bakıda qətl törədən şəxs saxlanılıb.
 
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 8-də Xətai rayonunun M.Hadi küçəsində naməlum şəxs Masallı rayon sakini Musa Nurullayevi bıçaqla qətlə yetirib.
 
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Cavidan Seyfullayev tutulub.
 
Faktla bağlı araşdırma aparılır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar