Bakıda orta məktəbdə ölüm hadisəsi
22.01.2015 926 0.0 0
Bakıdakı 292 saylı orta məktəbdə ölüm hadisəsi baş verib.

 

Nəsimi rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə bu gün səhər saatlarında 292 saylı orta məktəbdə qeydə alınıb. Orada mühafizəçi işləyən 50 yaşlı Fərman (soyadı hələ məlum deyil) qəfildən dünyasını dəyişib.

 

Hadisə yerinə prokurorluq əməkdaşları gəlib. Ölümün səbəblərini müəyyənləşdirmək üçün ekspertiza təyin olunub.

 

Faktla bağlı araşdırma aparılır.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar