Bakıda maşınından düşmək istəməyən qadını evakuator apardı-VİDEO
23.02.2016 786 0.0 0

Bakıda sərxoş qadın sürücü yol polisinə çətin anlar yaşadıb. Məlumata görə, paytaxtın ən böyük prospektlərindən biri olan Neftçilər prospektində maşını sərxoş idarə edən qadının avtomobili saxlanılıb. Polisin qanuni "saxla" əmrinə tabe olmayan "Hyundai" markalı minik maşınının xanım sürücüsü heç nə olmamış kimi yoluna davam etmək istəyib. Amma çox uzağa gedə bilməyib. Polislərin onu saxlamasına səbəb isə maşının xeyli sayda cərimə borcunun olmasıdır. 

Lakin sürücünü maşından düşürmək mümkün olmayıb. Qadını maşından çıxarmaq üçün əraziyə post patrul xidmətinin əməkdaşları da cəlb olunub. Amma xanım nə sənədlərini təqdim edib, nə də avtomobilini tərk edib.

 

Viktoriya Vlasova - saxlanılan sürücü

Yoxalama zamanı məlum olub ki, sükan arxasında olan və dayanmadan telefonla danışan sürücü paytaxt sakini 37 yaşlı Viktoriya Vlasovadır. Onun bu cür hərəkətlər etməsi isə sərxoşluq şübhələrini artırıb. Təxminən bir saat aparılan danışıqlar bəhrəsini verməyincə polislər çıxış yolunu maşını ərazidən uzaqlaşdırmaqda görüb. Dayanmadan telefonla danışan zərif cinsin nümayəndəsi avtomobil qarışıq evakuatora qaldırılıb. 

Sanki heç nə olmamış kimi özünü sərbəst aparan V.Vlasova avtomobili ilə birgə cərimə dayanacağına aparılıb. 

Viktoriya Vlasovanın bütün yoxlamalardan imtina etməsi  və yol polisinin əmrinə tabe olmaması onun üçün ağırlaşdırıcı hal hesab edilir. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar