Bakıda məktub yazıb intihar edən qızla bağlı YENİ FAKTLAR - TƏFƏRRÜAT
09.02.2016 1060 0.0 0

Nigar Vahabovanın Rusiyada yaşayan atası onun dəfninə çata bilməyib 

Dünən Bakıda intihar edən 23 yaşlı Nigar Vahabovanın ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. Əldə edilən məlumata görə, N.Vahabova xeyli müddət imiş ki, qəzetlərdən birində mühasibatlıqda çalışırmış. 3 ilə yaxın burada çalışan N.Vahabova bir müddət əvvəl işdən ayrılıb. 
 
O da bildirilib ki, N.Vahabovanın atası Rusiyada yaşayır. Qızının ölümündən bu gün xəbər tutan ata yola çıxaraq Bakıya gəlir. Lakin onun qızının dəfninə çatması mümkün olmayıb. N.Vahabovanın nəşi dəfn edilmək üçün artıq Şüvəlan qəsəbə məzarlığına aparılıb.

Xatırladaq ki, intihar hadisəsi fevralın 8-də Bakıda baş verib. Məlumata görə, hadisə Yeni Yasamal 2, bina 5 ünvanında qeydə alınıb. Orada yaşayan 1993-cü il təvəllüdlü Vahabova Nigar Tahir qızı özünü asaraq intihar edib./lent.az/

 

 


 


 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar