Bakıda məhşur avtoservis içindəki avtomobillərlə birgə yandı
12.03.2015 1085 0.0 0

Qazeta.info Fövqaladə Hallar Nazirliyinə istinadla bildirir ki, Bakı şəhəri,

Xətai rayonunda vətandaşa məxsus ümumi sahəsi 250 kv.m olan

“DƏDƏMİN” avtoservisinin yanar konstruksiyaları, içərisində olan,

təmirə dayanmış sahibi məlim olmayan “NİSSAN” markalı minik

avtomobilin yanar hissələri, “RANGE ROVER” markalı minik

avtomobilinin arxa hissəsi qismən və bitişik avtomobil ehtiyatları

mağazasının yanar hissələri həmçinin, mağazada olan 2 ədəd “SUZUKİ”

markalı və 3 ədəd “HARLEY DAVİDSON” markalı motosikletləri

yanmışdır. Təmirə dayanmış “RANGE ROVER” markalı avtomobilinin

qalan hissəsi, 6 ədəd minik avtomobili, mağazada olan 1 ədəd motosiklet

və yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat

03:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar