Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırış olunmasına açıqlama verildi
06.03.2015 742 0.0 0

"Amnesty International" Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırmayıb.

 

Xəbərə görə, bunu "Amnesty International"ın Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Con Dalusen bəyan edib.

 

Təşkilatın bununla bağlı yaydığı açıqlamada qeyd olunub ki, "Amnesty International"-ın sonuncu məruzəsi çıxandan sonra Azərbaycan və Ermənistan mətbuatında təşkilatın I Avropa Oyunlarını boykot etməyə çağırması ilə bağlı məlumatlar yayılıb: "Təşkilat nə məruzədə, nə əlavə edilən press-relizdə, nə də bu məruzə ilə bağlı KİV-lərə hər hansı müsahibədə Oyunları boykot etməyə çağırıb".

 

Qeyd edək ki, bir neçə gün öncə bəzi KİV-lər "Amnesty International"ın  Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırması barədə məlumat yayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar