Bakıda iki avtomobil piyadanın üstündən keçib
19.07.2017 598 0.0 0

Bakıda maşın yoldan keçən şəxsi vuraraq öldürüb.

 

DİN-in saytına istinadən verilən məlumata görə, iyulun 19-da saat 01.00 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Həsən Həsənov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla 40-45 yaşlı kişini vurub və zərbədən həmin şəxs eyni istiqamətdə hərəkətdə olan paytaxt sakini Əhəd Kərimovun idarə etdiyi "Porsche Cayenne" markalı avtomobilin altına düşüb. Piyada hadisə yerində ölüb.
 

Sabunçu RPİ tərəfindən araşdırma aparılır. /apa/


Digər xəbərlər:
Şərhlər
avatar