Bakıda hoteldə bank rəhbərini öldürən şəxs tutulub - VİDEO
23.04.2015 769 0.0 0
Sənan Quliyev əvvəllər də məhkumluq həyatı yaşayıb

 

Bakıda qətl hadisəsi törədən şəxs saxlanılıb.

 

Nəsimi Rayon Polis İdarəsindən  verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün “Avropa” hotelində bir nəfir öldürən, digərini isə yaralayan əvvəllər məhkum olunmuş1987-ci il təvəllüdlüSənan Təvəkkül oğlu Quliyev tutulub.

 

Qeyd edək ki, hadisə aprelin 21-də Tbilisi prospekti 32 ünvanında yerləşən “Avropa” hotelində qeydə alınıb. Hotelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

 

 

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev olduğu müəyyən edilib./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar