Bakıda hansı evlərə qətiyyən sənəd verilməyəcək? - DİQQƏT!
28.04.2022 329 0.0 0

Ölkəmizdə sənədsiz evlər, qanunsuz tikililər uzun illərdir əsas problemlərdən biri kimi diqqət çəkir. Zaman-zaman müvafiq dövlət qurumları bu barədə həyəcan təbili çalıb, ölkədə yüz minlərlə qanunsuz tikilinin olduğu bildirilib. Qeyd olunub ki, müvafiq qurumlar tərəfindən belə hallara qarşı daim mübarizə aparılır, qanunun tələbini pozan, qanunsuz tikinti işi aparanlar məsuliyyətə cəlb olunur, cəzalandırılır. Bütün bunlara rəğmən, ölkədə qanunsuz tikili, sənədsiz ev problemi bitmir ki, bitmir.

Ekspertlər düşünür ki, hazırda əsas problem hüquqi qeyri-müəyyənlikdən yaranır. Qanunsuz ev rəsmi olaraq mülk kimi tanınmır, ancaq həmin mənzilə qaz, işıq, su verilir. Ev sahibi bütün bunlara görə vergi ödəyir. Qısaca desək, bir çox ekspertlər düşünürlər ki, mənzil qanunsuz sayılırsa, kammunal xətlər çəkilməməlidir, çəkilibsə, qanuniləşdirilməlidir.

 

 

2015-ci ildə prezident İlham Əliyev sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı fərman imzaladı. Bundan sonra yüz minlərlə ev sənədləşdirildi. Sənəd verilməyən evlər isə söküldü. Pandemiya səbəbindən yarımçıq qalan bu prosesə yenidən start verilib. Və bu sual yenidən aktuallaşıb: Hansı evlərə qətiyyən sənəd verilməyəcək?

 

 

Bəzi ekspertlər isə düşünür ki, səndsiz evlərin sökülməsi, normalara cavab verənlərin sənədləşdirilməsindən sonra növbə qeydiyyat və əmlak vergisinə gələcək. Onların fikrincə, hazırda hər iki sahədə ciddi boşluqlar və anlaşılmazlıqlar var.

 

Əmlak üzrə ekspert Razi Abasbəyli deyir ki, sənədləşmə prosesindən sonra ilk növbədə gələcəkdə evlərin tikilməsi üçün torpaq sahələri ayrılmalıdır. Bundan sonra isə mənzilin istismara verilməsi və mülkiyyət hüququnun tanınması ilə bağlı bütün prosedurlar sadələşdirilib, bir mexanizmdə birləşdirilməlidir.

Ekspert düşünür ki, bütün bunlar tamamlandıqdan sonra əmlak vergisi ilə bağlı qanunvericiliyə yenidən baxılmalıdır:

 

 

Razi Abasbəyli deyir ki, dünya təcrübəsində villalara görə ödənilən əmlak vergisi bəzən yüksək mərtəbəli binaya görə ödənilən məbləğə bərabər olur. Amma ölkəmizdə əmlak vergisi yalnız mənzilin sahəsinə görə ödənildiyindən hələlik xarici təcrübə tətbiq edilmir.

Bəzi ekspertlər isə iddia edirlər ki, mənzil sahəsində islahatlar davam etsə, böyük villa sahibləri çoxmərtəbəli binanın vergisi qədər vergi ödəməyə məcbur qala bilərlər./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar