Bakıda hamilə qadın xəstəxanada ölüb
14.10.2015 556 0.0 0

Bakıda hamilə qadın xəstəxanada ölüb.

 

Məlumata görə, Pirallahı rayon sakini Yuliya Loqinova oktyabrın 7-də 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Dörd aylıq hamilə olan Y. Loqinova oktyabrın 13-də xəstəxanada qanaxmadan dünyasını dəyişib. Aparılan müayinələr zamanı onun bir neçə xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

 

Xəzər Rayon Prokurorluğundan da  bildirilib ki, Y. Loqinova xəstəlikdən dünyasını dəyişib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar