Bakıda hərbi xidmətdən qayıdan şəxs və onun iki xalası oğlu yolda qəzaya düşərək ölüb - FOTO
06.07.2017 1868 0.0 0

Bakının Qaradağ rayonunda baş verən hadisənin təfərrüatları məlum olub.

"Report" xəbər verir ki, hadisə Ələt qəsəbəsində, “Shacman” yol kənarındakı yanacaqdoldurma məntəqəsində növbədə durarkən baş verib. Bu zaman “Daewoo” sürətlə gələrək yük maşınına çırpılıb.

“Daewoo”da ümumilikdə 4 nəfər olub. Sürücü, 1991-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və 1993-cü il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Beyləqanda hərbi xidməti başa vuran xalası oğlanları Həsənov Həsən Bayram oğlunu gətirərkən qəzaya düşüblər. Onların hər üçü dünyalarını dəyişiblər. Xəstəxanaya yerləşdirilən Nicat adlı digər bir şəxsin vəziyyəti ağırdır. Həmin şəxs də hərbi xidmətini başa vuraraq evə qayıdırmış.

Ölən qardaşlardan biri ailəli olub və bir övladı var.


***04:47

Gecə saatlarında paytaxtın Qaradağ rayonunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

"Report"un əldə etdiyi məlumata görə, "99-AU-738" dövlət qeydiyyat nişanlı “Daewoo” markalı minik maşınının hərəkətdə olarkən "01-AD-145" dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinə arxadan çırpılması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Lakin sonradan yaralılardan biri də xəstəxanada dünyasını dəyişib. Sözügedən şəxslər hərbi xidmət müddəti başa çatmış şəxsi evinə gətirirlərmiş. Ölənlər arasında həmin əsgərin olub-olmadığı hələ ki, məlum deyil.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar