Bakıda gecə klubunda partlayışda xəsarət alan daha bir nəfər vəfat edib
10.04.2022 334 0.0 0

Bakıda gecə klubunda partlayışda xəsarət alan daha bir nəfər həyatını itirib.

Qazeta.info Trend -ə istinadla xəbər verir ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.

Faktı Baş Prokurorluqdan təsdiqləyiblər.

Xatırladaq ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar