Bakıda bu avtobuslarda gediş haqqı 1 manat oldu
11.06.2015 988 0.0 0

“Baku bus” şirkətinə məxsus avtobuslar yeni xidmətlə fəaliyyətə başlayıb.

Bildirək ki, bu barədə məlumatı turizm.az saytı yayıb.

Bildirilir ki, bu gündən etibarən “Baku bus” şirkətinə məxsus avtobuslar “Koroğlu” metro stansiyasında dayanmaqla, "Heydər Əliyev" Beynəlxalq Hava Limanından (Terminal -1 və yerli uçuşlar Terminalından) Səməd Vurğun bağına kimi və geriyə hər 30 dəqiqədən bir hərəkət edəcək.

Gediş haqqı 1 manatdır. Bundan sonra xaricə uçarkən və ya xaricdən qayıdarkən hava limanına taksi sifariş etməyə ehtiyac olmayacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar