Bakıda baş verən zəncirvari qəzada 7 avtomobil əzilib - VİDEO
22.11.2019 646 0.0 0

Bakının Ziya Bünyadov prospektində yeddi avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Qazeta.info "Report" - a istinadla xəbər verir ki, “Nissan” markalı minik avtomobili metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkətdə olan zaman “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Havanın yağışlı və yolların sürüşkən olması səbəbindən eyni istiqamətdə hərəkət edən digər beş avtomobil qəzaya uğrayan nəqliyyat vasitələrinə dəyiblər. 

Qəza nəticəsində nəfər xəsarət alıb.

Baş vermiş yol qəzası ilə əlaqədar yolun hərəkətində sıxlıq yaranıb. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar