Bakıda az yaşlı uşağı maşın vurub
28.03.2016 522 0.0 0

Bakıda 3 yaşlı uşağı maşın vurub.
 
Qazeta.info bildirir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə İnşaatçılar prospektində qeydə alınıb. Bakı şəhər sakini İsmayıl Əsgərov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Yusif Qasımovu vurub.      
 
Nəticədə ağır xəsarət alan Y.Qasımov xəstəxanaya aparılarkən yolda ölüb.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar