Bakıda avtomobil qadını piyada zolağında vurub
23.10.2017 832 0.0 0

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Məlumata görə, bu gün saat 18.30 radələrində Yasamal rayonu Şərifzadə küçəsində "Pegout 406" markalı avtomobil yolu keçmək istəyən 40-50 yaşlı qadını piyada zolağında vurub.

 

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Hadisəni törədən avtomobilin sürücüsü ətrafdakı insanların köməyi ilə qadını maşına qoyaraq xəstəxanaya aparıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar