Bakıda avtobus sürücü qəza törədib yaralı halda hadisə yerindən qaçdı - FOTO
31.07.2015 761 0.0 0
Ötən gecə paytaxtın Binəqədi rayonunda sürücünün yaralanması ilə nəticələnən qəza baş verib.

 

Məlumata görə, qəza Biləcəri qəsəbəsi, Xurşidbanu Natavan küçəsində qeydə alınıb. Hələlik kimliyi məlum olmayan "117" saylı marşrut avtobusunun  sürücüsü qəfil idarəetməni itirib və "İsuzu" markalı nəqliyyat vasitəsini yol kənarındakı ağaclığa çırpıb.

 

Qəza nəticəsində sürücü avtobusun alın şüşəsindən bayıra düşüb. Yaralanan sürücüyə ətrafdakılar yardım göstəriblər. Daha sonra o, yenidən avtobusun sükanı arxasına keçərək yaralı vəziyyətdə naməlum istiqamətə gedib.

 

Qeyd edək ki, xoşbəxtlikdən qəza zamanı avtobusda sərnişin olmayıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır./apa/

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar