BAKIDA ANA VƏ QIZINI İNTİHARA SÖVQ EDƏN ŞƏXS TUTULDU
07.02.2015 810 0.0 0

Bakıda 6 ay öncə ana və qızının intihar etməsi ilə bağlı ailə başçısı həbs olunub.

Məlumata görə, avqustun 12-də Yasamal rayonu, Yeni Yasamal, ev 10, mənzil 107-də yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Fərzəliyeva və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Fərzəliyeva özlərini 9-cu mərtəbədən ataraq öldürülməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunun müstəntiqi Fuad Əhmədov tərəfindən Cinayət Məcəlləsinin  125-ci  (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb.
 
İbtidai istintaq zamanı müəyyən olunub  ki, avqustun 9-da ailənin kiçik qızı Aytən Fərzəliyeva yaşadığı ünvandan qaçıb. İbtidai istintaq zamanı A. Fərzəliyeva tapılıb.
 
Bu gün  həmin cinayət işi üzrə ailənin başçısı Fərzəliyev Asəf Fərzəli oğlu Cinayət Məcəlləsinin  125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Yasamal Rayon Prokuorluğunun müstəntiqi Fuad Əhmədov tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar