Bakıda alternativ teleqüllə istifadəyə verilib
26.12.2017 801 0.0 0

Bakıda alternativ televiziya qülləsi istifadəyə verilib.

Bildirək ki, alternativ qüllə ehtiyat qüllə funksiyası daşıyacaq və zərurət yaranacağı təqdirdə, məsələn, efir məkanında profilaktik işlər aparılarkən işə salınacaq.

Əvvəlcə alternativ teleqüllə vasitəsilə sosial paketə daxil olan telekanallar və İctimai Radio yayımlanacaq. Bu məqsədlə stansiyada əlavə TV ötürücüləri quraşdırılıb. Bu həftənin sonunadək isə FM-radio ötürücüləri quraşdırılacaq.

Qeyd edək ki, alternativ televiziya qülləsi Nərimanov rayonunda yerləşir və Bakı Teleqüllə Kompleksi ilə əlaqələndirilib. Qüllənin hündürlüyü 140 metrdir./AZƏRTAC /

 


Digər xəbərlər:
Şərhlər
avatar