Bakıda ağır yol qəzası , 3 nəfər ölüb, 1 nəfər yaralanıb - FOTO
17.04.2015 853 0.0 0
Ağır yol qəzasında xəsarət alan sərnişinin adı məlum olub.

 

 

Bakıda ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

 

 Məlumata görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

 

Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan “Lifan” markalı minik maşını yolun kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobil iki hissəyə bölünüb. Avtomobildə olan üç nəfər hadisə yerində dünyasını dəyişib, bir nəfər isə ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

 

1 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, Ziya Bünyadov prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəricəsində Bülbülə qəsəbəsinin sakini, 1954-cü il təvəllüdlü Səlimov Akif Səlim oğlu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir./apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar