Bakıda ağacların kəsilməsi ilə bağlı polisə müraciət olundu
04.11.2016 433 0.0 0

Bakının Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 25 ünvanında ağacların kəsilməsi ilə bağlı noyabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Qaynar Xətt”inə şikayət daxil olub.

Qazeta.info bildirir ki, Nazirlikdən Trend-ə verilən məlumata görə, şikayət ETSN-in əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ünvanda diametri 40 sm olan 1 ədəd tut və diametri 25 sm olan 1 ədəd sərv ağacının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib.

Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Nərimanov rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə müraciət edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar