Bakıda 74 yaşlı qadını avtomobil vuraraq öldürüb
27.10.2016 571 0.0 0

Yasamal rayonunda piyada keçidindən istifadə etməyən qadını avtomobil vuraraq öldürüb.

Məlumata görə, metronun Nizami stansiyası yaxınlığında, Cəfər Cabbarlı küçəsində 1942-ci il təvəllüdlü  Ruxsara Yusif qızı Məmmədova yolu keçmək istəyərkən onu avtomobil vurub. Nəticədə R.Məmmədova ağır bədən xəsarətləri alıb. Yol-nəqliyyat hadisəsini törədən sürücü xəsarət alan 74 yaşlı qadını 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və o, xəstəxanada ölüb. 

Faktla bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar aparılır./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar