Bakıda 6-cı mərtəbədən yıxılan qadın sağ qalıb - FOTO
03.08.2019 704 0.0 0

Gecə saatlarında Bakının Xətai rayonu ərazisində bədbəxt hadisə baş verib.

Qazeta.info “Report”un məlumatına əsasən bildirir ki, 1991-ci il təvəllüdlü Əliyeva Tamara Vaqif qızı Ayaz İsmayılov küçəsi, 67 a ünvanında yerləşən hündür binanın 6-cı mərtəbəsinin eyvanından yerə yıxılıb.

Ağır xəsarət alan qadın əraziyə gəlmiş "təcili yardım" maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

Yaralıya müştərək travma və baldır sümüklərinin sınığı diaqnozu qoyulub. O, Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır  qiymətləndirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar