Bakı yollarında yeni rəngdə asfalt örtüyü - Qırmızı (FOTO)
15.09.2015 821 0.0 0

Bakının yol təsərrüfatında yenilik edilib. İlk dəfə olaraq paytaxt yollarına qırmızı rəngli asfalt döşənib.

Qazeta.info Trend xəbərinə əsasən bildirir ki, Bakının Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsindəki körpünün üstündə yolayrıcı hissədə və körpünün kənarındakı piyada səkilərinə qırmızı asfalt döşənib.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, yollara qırmızı asfalt döşənməsi sınaq layihədir və yollara estetik gözəllik verilməsi məqsədi daşıyır. Adıçəkilən ərazidə də qırmızı asfalt sınaq kimi döşənib.

Qeyd edilib ki, yaxın gələcəkdə paytaxtın digər ərazilərində də, xüsusən səkilərdə, piyada zolaqlarında, dairələrdə bu rəngdə asfalt örtüyünün döşənməsi gözlənilir. Hələlik sınaq layihə kimi estetik baxımdan yalnız qırmızı rəngli asfalt örtüyü döşənir, digər rəngli asfaltdan istifadə edilməsi və onların yolun hərəkət hissəsinə döşənməsi planlaşdırılmır.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar