Bakı-Sumqayıt yolunun istifadəçilərinə şad xəbər
20.08.2015 597 0.0 0

Sentyabrın 15-də Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkətini təşkil etmək üçün ciddi hazırlıq gedir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, bu məqsədlə avqustun 20-də Azərbaycanа daha bir ikimərtəbəli elektrik qatarı gətirilib. Bu, ölkəmizə gətirilən sayca üçüncü qatardır.

"Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarının birincisi Bakı sərnişin stansiyasına mayın 30-da, ikincisi isə isə mayın 31-də gətirilib. İlin sonuna qədər isə ölkəmizə daha iki elektrik qatarı gətiriləcək.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.

 


Dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə "ADY" QSC ilə "Stadler Rail Group" şirkəti arasında artıq uzun müddətdir ki, danışıqlar aparılır. Bu il mayın 13-də Bakıda keçirilən "2015 TransCaspian" Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində "Stadler Rail Group" şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalanıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar