Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın mitingi haqda məlumat yaydı
05.04.2015 680 0.0 0

Aprelin 5-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 

 

Qazeta.info bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) APA-ya verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların, bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının və bəzi radikal dini qrupların 500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

 

BŞBPİ-dən bildirilənə görə, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar