Bakı qlobal maliyyə mərkəzi olan 100 şəhərdən biridir
27.09.2016 672 0.0 0

"Z/Yen Group" şirkəti dünyanın maliyyə mərkəzləri olan şəhərlərin siyahısını açıqlayıb.

 

"APA-Economics" xəbər verir ki, "Global Financial Centres Index" (GFCI) adlı hesabatı hazırlayarkən şirkət əsas maliyyə mərkəzlərinin rəqabətqabiliyyətliliyini öyrənir.

 

İlk dəfə olaraq siyahıya daxil olan Bakı 97-ci pilləsində qərarlaşıb.

 

Siyahının lideri Londondur. Nyu-York və Sinqapur ikinci və üçüncü yerləri bölüşürlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar