Bakı metrosunun yeni qatarları gəldi (FOTO)
29.03.2015 873 0.0 0

Bakı metropoliteni yeni qatarlar alıb.Sdelanounas.ru saytına istinadən verdiyi məlumata görə, Rusiyada istehsal edilən qatarlar artıq Azərbaycana göndərilib;  http://sdelanounas.ru/blogs/60438/

 

Rusiyanın “Transmaşholdinq” QSC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC "Bakı Metropoliteni" QSC-yə 81−760B/761B/763B tipli vaqonlardan ibarət yeni tipli elektrik qatarlarının göndərilməsinə başlayıb. 

Hər biri 5 vaqondan ibarət 2 qatar mart ayında Azərbaycana göndərilib, daha bir qatarın isə apreldə tədarük edilməsi planlaşdırılır.

Bakı Metropoliteni ilə bağlanmış müqaviləyə əsasən, metropoliten hərəsi 5 vaqondan ibarət 3 qatar alacaq. Yeni qatarların Bakı Metropoliteninin üçüncü xəttinə buraxılması nəzərdə tutulub./anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar