Bakı metrosunda yenilik olacaq
19.02.2018 1039 0.0 0

Bu il yeni metro qatarları sərnişinlərin istifadəsinə veriləcək.

 

Rusiyanın "Metrovaqonmaş" MMC şirkəti "81-765/766" modelli iki beşvaqonlu qatarın Bakıya tədarükü ilə bağlı müqavilə imzalanıb. Bu barədə"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlama verib.

 

 

O bildirib ki, "Bakı Metropoliteni" QSC-nin bu il ərzində Rusiyadan 2 qatar alması nəzərdə tutulub: "Bir qatar mart ayına kimi Bakıya gətiriləcək. Digərinin isə il ərzində Azərbaycana gətirilməsi nəzərdə tutulur. Bir sözlə, bu il iki yeni metro qatarı almaq planımızda var"./Sputnik/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar