Bakı Metrosunda Gürcüstan vətəndaşı tutulub
07.10.2017 704 0

Metroda oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb.
DİN-in saytına istinadən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 3-də Bakı şəhər sakini olan bir qadının çantasından içərisində 300 manat və sənəd olan pul kisəsi oğurlamaqda şübhəli bilinən Gürcüstan vətəndaşı İnveri Murusidze tutulub.
Faktla bağlı araşdırma aparılır. /apa/
Digər xəbərlər:
Şərhlər