Bakı Beynəlxalq Avtovağzalında bıçaqlanma hadisəsi baş verib
23.07.2016 895 0.0 0

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Qazeta.info “Report”un xəbərinə əsasən bildirir ki, Bakı Beynəlxalq Avtovağzalında naməlum şəxs Abşeron rayon sakini 1977-ci il təvəllüdlü Vüqar Əsədova bud nahiyəsindən iki bıçaq xəsarəti yetirib.

V.Əsədov Dəmiryol Xəstəxanasına yerləşdirilib.

V.Əsədovu vuranın şəxsiyyətinin müəyyənləşdirilməsi və tutulması istiqamətində tədbirlər davam etdirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar