Bəy və gəlininin başına ləyənlərlə dollar tökdülər
11.07.2016 2145 0.0 0

"Dollar yağışı" olan toy Türkiyədə olub.

Türkiyənin Şanlıurfa şəhərində keçirilən toy mərasimi uzun müddət nəyinki bəy və gəlinin çoxlarının yaddaşından silinməyəcək. Məlumata görə, buna səbəb qonaqların gənc cütlüyü "dollar yağışı"na qərq etməsidir. Toy dəvətliləri ləyənlərlə dollar əskinaslarını bəy və gəlinin başına səpiblər.

29 yaşlı Serkan Oflaz və 22 yaşlı müəllimə Ebru Bozun toy mərasimində cütlüyün toy rəqsi "dollar yağışı" ilə müşayət olunub. Havada uçuşan dollarlar sonda otel əməkdaşları tərəfindən zaldan toplanıb.

Məlumata görə, toy sahibi olan ailələr şəhərin ən tanınmış, zəngin ailələrindən biridir./anspress/

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar