Bəşəriyyət üçün ciddi təhlükələr yarana bilər- yerin maqnit qütbləri dəyişir
19.02.2017 1024 0.0 0

Mütəxəssislər belə qənaətə gəliblər ki, planetin maqnit qütblərinin dəyişməsi bəşəriyyət üçün ciddi təhlükələr yarada bilər.

Qazeta.info AZƏRTAC -a istinadla xəbər verir ki, alimlər belə proseslərin cəmi bir neçə əsr ərzində təbiəti tanınmaz dərəcədə dəyişə biləcəyini bildirirlər. Tədqiqatçılar, həmçinin xəbərdarlıq edirlər ki, maqnit qütblərinin dəyişməsi planetimizdə günün uzanması ilə nəticələnəcək.

Mütəxəssislərın proqnozuna görə, min il ərzində qütblər cənuba doğru 2,5 min kilometr yerini dəyişib. Bundan başqa, arxeoloqlar bildirirlər ki, Qüds yaxınlığında üç min əvvəl kompasın göstəriciləri indiki kimi olmayıb.

Alimlər xatırladırlar ki, qütblərin dəyişməsi bu gün daha çox hiss olunur. Onlar, hətta belə dəyişikliklərin nəticələrini proqnozlaşdırmaqdan çəkinirlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar