Bəşər Əsədin əmisinin İspaniyadakı 700 mln. dollar dəyərində əmlakı müsadirə edilib
05.04.2017 779 0.0 0

İspaniya məhkəməsi Suriyanın sabiq vitse-prezidenti Rifaat Əsədə və onun ailə üzvlərinə məxsus, ümumi dəyəri 735 mln. dollar olan 500-dək obyektin müsadirə edilməsi və bank hesablarının bloklanmasına dair qərar qəbul edib.   
 
“Associted Press”ə istinadən verilən xəbərə görə, Suriya prezidentinin əmisi  Rifaat Əsəd, Bəşər Əsədin atasının hakimiyyətdə olduğu dövrdə vitse-prezident vəzifəsində çalışıb. O, 1984-cü ildə uğursuz dövlət çevrilişi cəhdindən sonra ölkədən qovulmuşdu.    
 
Bir müddət əvvəl Fransada Rifaat Əsəd barəsində dələduzluq və “çirkli pulların yuyulması” maddələri üzrə cinayət işini başlayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar