BƏŞƏR ƏSƏD-«ONLAR KUKLALARI OLMAYAN HEÇ KİMLƏ DANIŞA BİLMƏYƏCƏKLƏR »
10.02.2015 753 0.0 0

"Terrorizmi dəstəkləyən ölkələrlə eyni ittifaqda təmsil oluna bilmərik".

Bu sözləri Suriya Dövlət Başçısı Bəşər Əsəd, BBC-yə verdiyi açıqlamada bildirib.

 IŞİD-ə qarşı həyata keçirilən hava hücumları və Suriyada davam edən vətəndaş müharibəsi mövzularına toxunan Əsəd açıqlamasında bildirib ki,  Suriya rəhbərliyi silahlıları və siyasi müxalifəti "terrorist" olaraq xarakterizə edir.

Daha sonra Əsad müsahibədə İŞİD mövzusunda digər ölkələrlə əməkdaşlıq etməyin əleyhinə olmadıqlarını ancaq Amerikalı səlahiyyətlilərlə görüşməyəcəyini bəyan edib. Bəşər Əsəd, "Çünki onlar kuklaları olmayan heç kimlə danışa bilməyəcəklər. Onlar bizim suverenliyimizi əzdikləri kimi  beynəlxalq hüququmuzu da əzərlər. Yəni onlar bizlə danışmır, biz də onlarla danışmırıq" deyə bildirib.

Suriya dövlət başçısı bununla birlikdə, ABŞ və Ərəb ölkələrinə aid döyüş təyyarələrinin Suriya ərazilərindəkı döyüş uçuşları haqda İraq kimi üçüncü ölkələr vasitəsilə məlumat aldıqlarını ifadə edərək, "Aramızda dialoq yoxdur. Sadəcə məlumat var" deyib.
Əsəd, ABŞ-ın oradakı silahlılar haqda  mülayim bir üsyançı təsəvvürü yaratmaq səylərini "boş xəyal" olaraq xarakterizə edərək "Suriyada etirazçılar yoxdur. IŞİD və Əl Kaidəylə əlaqəli Əl Nusra Cəbhəsi kimi həddi aşanların var" deyə bildirib.

Bəşər Əsəd müsahibədə, Suriya ordusunun barrel bombası istifadə etmədiyini bildirərək, insan haqlar təşkilatlarının məlumatınını yalanlayaraq , "Ordumuzu bilirəm. Güllə, raket və bombadan istifadə edirlər. Barel bombası ya da başqa nə isə  istifadə olunduğunu eşitməmişəm. Hədəf güdməyən silah yoxdur. Atəş edərkən nişan alırsınız. Nişan alarkən, vətəndaşları qorumaq üçün terrorçuları hədəf alırsınız. Döyüşdən söz edirsinizsə, itkilər olur. Ölü ya da yaralı olmadan döyüş olmaz " deyə məlumat verib

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar