Bələdiyyə sədrini və ərini öldürənlər haqda şok anonim məktub
24.06.2015 1680 0.0 0

Abşeron rayonu Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və əri Vəfadar Əbilhəsənovu azyaşlı uşaqlarının gözü qarşısında xüsusi amansızlıqla qətlə yetirən qanqsterlər barədə mətbuata şok təfərrüatlardan ibarət anonim məktub göndərilib.

Məlumata görə, aznews.az-a bu dəhşətli qətlin təfərrüatlarından və qətlin mümkün motivlərindən bəhs edən geniş məktubu göndərən anonim mənbə özünü “ailəyə yaxın adam” kimi təqdim edib.

Lakin istisna deyil ki, məktub istintaqa yaxın mənbələrdən göndərilib. Çünki istintaq bu qətlin araşdırırılmasında və bələdiyyə sədrini əri ilə birlikdə öldürən cinayətkarların arxasında dayanan “qüdrətli əlin” aşkara çıxarılmasında irəliləyiş əldə edə bilmir.

Söhbət bundan əvvəl də dəfələrlə bıçaqlama, döymə və adam oğurlama kimi cinayətlər törədən, qəsəbədə torpaq alverinə nəzarət edən Fədai Hüseynov və dəstəsindən gedir.

Xatırladaq ki, qətli törədən Fədai Hüseynov könüllü olaraq polisə təslim olub. Bir neçə gün sonra isə onun qardaşı Vüqar Hüseynov da polis tərəfindən saxlanılıb.

Anonim mənbə yazıb ki, Sarayda torpaq alğı-satqısı ilə məşğul olan Fədainin bir qardaşı Abşeron rayonu Saray kəndinin nümayəndəsi vəzifəsini icra edib. Digər qardaşı da torpaq alveri ilə məşğul olub. Bu torpaq satanların başında isə Elgiz Fərəcov adlı şəxs dayanırmış (Abşeronun icra başçısı Zakir Fərəcovla qohumluq əlaqələrinin olub-olmadığı dəqiqləşdirilmir).

Ərköyün Elgiz Fərəcovun bir sözünü nə Sumqayıtda, nə də Abşeronda iki eləyən adam olmayıb. Bu nadinc və ərköyün oğlan sözünə baxmayanları Fədai Həsənov və onun qardaşları vasitəsilə cəzalandırırmış.

Mənbə yazır ki, istər Elgiz Fərəcov, istərsə də Fədai Hüseynov dəfələrlə məhkum olunublar. Fədainin törətdiyi cinayətlərin əksəriyyəti bədənə ağır xəsarət yetirmə maddələridir. Onun son cinayət işinin icraatı Sumqayıt Şəhər Polis İdarəsində Adil Qasımov adlı müstəntiqə tapşırılıb. Lakin törətdiyi ağır cinayətə baxmayaraq qanqster həbs olummayıb, çox keçmədən daha bir cinayət törədib.

Fədai aprel ayının 25-də Sarayda “razborşik” dostları və qardaşları Elgiz və digərləri ilə yenidən cinayət törədiblər. Burada da döyülmə faktı olub. Bu cinayət işinin icraatı da Abşeron Rayon Polis İdarəsində aparılıb. Lakin cinayətkarlar yenə həbs edilməyib.

Maraqlıdır ki, hansısa bir görünməyən əl bu “ərköyün uşaqları” həmişə himayə edib. Onlar istədikləri torpaq sahələrini satır, qarşılarına “yox” deyə çıxan olanda isə bıçaqlama, döymə kimi xəsarətlər də yetirə bilirdilər. Bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunub, cəza çəkən Fədai Həsənovu cinayət törətməyə sövq edən himayədarları, ona hansısa ruhi-əsəb dispanserindən “dəlilik kağızı” almağa da müvəffəq olmuşdular.

Fədainin həyat yoldaşının atası cinayətkar aləmdə “vor zakon” kimi tanınmış biri olub. Qayınatası rəhmətə gedəndən sonra, onun bu rolunu qardaşı, yəni Fədainin qayınatasının qardaşı həyata keçirib. Yəni hazırda Fədainin həyat yoldaşının əmisi “vor zakon” statusu daşıyan biridir. 

Mənbə yazır ki, bələdiyyə sədri kimi, Vəsilə Əbilhəsənova əslində de-yure vəzifələrini icra edirdi, de-fakto isə bu torpaq satışı və bölünməsi məsələləri Fədai, onun qardaşları və Elgiz Fərəcov tərəfindən icra olunurdu.

Məktubda yazılır ki, Fədai Hüseynov (əslən Laçın rayonundandır) V.Əbilhəsənovanın anası Meyxanımın etimadını qazanıb və bununla da ailəyə yaxınlaşıb. Onun bir müddət əvvəl bələdiyyə sədrinin anasına böyük miqdarda pul verdiyi də məktubda yazılır.

Mənbə bildirir ki, bələdiyyə sədri bundan xəbər tutanda Fədainin və dəstəsinin toruna düşdüklərini anlayır. Yaxınlarına deyir ki, bu dəstə anasını ələ almaqla onu tora salıblar və işin axırı yaxşı olmayacaq. Vəsilə balaları üçün çox qorxduğunu da dəfələrlə deyir.

Məktubdan belə başa düşmək olur ki, qanqsterlər bələdiyyə sədrindən ondan əvvəlki sədrin imzası ilə qanunsuz verilən 2 hektar torpağa dair sənədləşdirmə tələb ediblər. V.Əbilhəsənova bu torpağı əvvəlki qanuni sahibinə qaytarmaq istəyirmiş.

Məqalədə deyilir: “Nəhayət, 8 iyun, 2015-ci il... Vəfadar oğlu ilə aşağı mərtəbədə televizora baxırdı. Vəsilə də 8 yaşlı qızı Fidanı yatırmağa qalxır. Gecədən bir az keçmiş Meyxanım xalanın ikinci mərtəbədə yatdığı otaqda pəncərəsi döyülür. Gecə vaxtı pəncərədən Fədainin səsini eşidən qadın, təlaşla pəncərəni açarkən Fədai onun sinəsindən vurub yerə yıxır. 1 metr 90 sm boyu olan Fədainin bir zərbəsinin qarşısında 60 yaşlı qadın neyləyəcəkdi ki?! Aldığı zərbədən Meyxanım arvad yerə yıxılır. Fədai onun üzərindən atlanıb dəhlizə çıxır, Vəsilənin yataq otağına keçib qapını arxadan bağlayır. Otaqda nə baş verdiyini təbii ki, 8 yaşlı qızı Fidan bilir.../anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar