Bədbəxt hadisə- 2 nəfər su quyusuna düşərək ölüb
02.06.2016 711 0.0 0

Abşeron rayonunda bədbəxt hadisə baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verilən xəbərə görə, Abşeron rayonu, Məmmədli qəsəbəsində 2 nəfər su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1983-cü il təvəllüdlü Əliyev Ümid Bəxtiyar oğlu və 1987-ci il təvəllüdlü Babayev Rahim Sahib oğlu dərinliyi 4 m olan su quyusunda vəfat ediblər.

 

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Ü.Əliyevin və R.Babayevin cəsədini quyudan çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 22:03-də başa çatıb. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar